Nail Kəmərlinin avtomobilinə hücum edildi - VİDEO

Nail Kəmərlinin avtomobilinə hücum edildi - VİDEO
SOSİAL
12:51 25.08.2022
654
Videobloqer Nail Kəmərlinin avtomobilindən oğurluq edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə bloqer öz sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirib ki, gecə saatlarında yaşadığı ərazidə park etdiyi "Niva” markalı avtomobilə naməlum şəxs və ya şəxslər hücum edib. O, qeyd edib ki, açar seçmə yolu ilə maşının qapısını açaraq oradan çəkilişlərdə istifadə edilən fotoaparat oğurlanıb. Həmçinin avtomobilin maqnitafonu da sındırılaraq yararsız hala salınıb.

Nail Kəmərli bildirib ki, avtomobilə əlavə ziyan vurulmayıb. O, bu hadisənin narkomaniya ilə bağlı çəkdiyi videolarla əlaqədar olduğunu qeyd edib.

Qeyd edək ki, videobloqer Nail Kəmərli bir müddətdir ki, narkomaniya ilə bağlı videolar çəkir.

Məsələyə DİN-in Mətbuat xidmətindən də münasibət bildirilib. Qeyd edilib ki, baş vermiş hadisə barədə polisə məlumat daxil olub, hazırda araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR