Nalbadyandan növbəti hiylə

Nalbadyandan növbəti hiylə
DÜNYA
15:01 26.03.2012
2368
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu dəfə ATƏT-in Minsk qrupunun yaranmasının 20 illiyini bəhanə gətirərək Dağlıq Qarabağla bağlı sülh prosesinin yubadılması və pozulmasına istiqamətlənmiş təxribat xarakterli bəyanat verib.
Bunu bazar ertəsi Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib. "Nalbandyanın bəyanatı ondan xəbər verir ki, rəsmi Yerevan Minsk qrupunun həmsədr ölkələrinin liderlərinin Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasının yolverilməz olduğu qeyd edilən Akvil, Muskok və Dovildəki bəyanatlarına məhəl qoymur", - Abdullayev deyib.Onun sözlərinə görə, bundan başqa, Yerevan Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əhəmiyyət vermir. "BMT TŞ ilə yanaşı, İƏT və Avropa Parlamenti kimi bir çox beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasına çağıran qətnamələr qəbul ediblər. Dünyanın bütün ölkələri və bütün beynəlxalq institutları Azərbaycanın ərazi bütövlüyünü tanıyır", - Abdullayev bildirib.XİN rəsmisi qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti arxasında gizlənən Nalbandyan beynəlxalq normalara hədsiz hörmətsizlik edərək günahı Bakının üstünə atmaq istəyir. "Məhz Ermənistan status-kvonun saxlanmasına və sülh prosesinin pozulmasına yönəlmiş qeyri-konstruktiv mövqe tutub", - Abdullayev deyib.Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun yaranmasının 20 illiyi ilə əlaqədar bəyan edib ki, münaqişənin ikinci tərəfinin destruktiv mövqeyi üzündən problemin nizamlanması prosesində dönüş yaratmaq mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN: Azərbaycandakı yeni səfirimizin təqdimatı inzibati mərhələdədir
12:39 02.06.2025
İran XİN: Azərbaycandakı yeni səfirimizin təqdimatı inzibati mərhələdədir
Sabah leysan yağacaq, güclü külək əsəcək
12:36 02.06.2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
12:32 02.06.2025
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
Meksikada reabilitasiya mərkəzində FAİCƏ: 12 ölü
12:29 02.06.2025
Meksikada reabilitasiya mərkəzində FAİCƏ: 12 ölü
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
12:27 02.06.2025
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
12:23 02.06.2025
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
12:21 02.06.2025
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya
12:21 02.06.2025
“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya
Aysunun keçmiş həyat yoldaşı Maldivdə bal ayında - FOTOLAR
12:19 02.06.2025
Aysunun keçmiş həyat yoldaşı Maldivdə bal ayında - FOTOLAR
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
12:13 02.06.2025
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
"Zeytun" apteklərinə protokol tərtib edildi - Dərmanı baha satdığına görə
12:07 02.06.2025
"Zeytun" apteklərinə protokol tərtib edildi - Dərmanı baha satdığına görə
İndoneziyada baş verən sürüşmə nəticəsində ölənlərin sayı artdı
12:05 02.06.2025
İndoneziyada baş verən sürüşmə nəticəsində ölənlərin sayı artdı
Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçdu - Ölən var
12:02 02.06.2025
Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçdu - Ölən var
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
11:59 02.06.2025
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ
11:57 02.06.2025
Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ
"Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar" - Əməkdar artistdən Aqşinə
11:52 02.06.2025
"Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar" - Əməkdar artistdən Aqşinə