Namaza gələn müsəlmanlar Londonu qorxutdu - FOTOLAR
DÜNYA
18:41 30.05.2013
1961
Londonda namaz zamanı çəkilən bir görüntü ingilisləri düşünməyə vadar edib.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 2011-ci iləd aparılan siyahıyaalma zamanı 33,2 milyon şəxs özünü xristian kimi göstərib.Lakin "Daily Mail"in məlumatına görə, bu rəqəm həqiqiəti əks etdirmir. Buna dəlil olaraq isə Londonun şərqindəki bir kilsə ilə məsciddə ibadət edənlərin fotosu yayımlanıb.Birinci fotoda 230 nəfərlik tarixi kilsədə ibadət edən xristianların 12 nəfər, kilsəyə yaxın məsciddə isə cümə namazını qılan müsəlmanların küçəyə daşdığı görünür."Bu fotolar hər şeyi daha yaxşı anladır. Fotolar xristianlığın keçmişin, İslamın isə gələcəyin dini olduğunu göstərir", deyə şərh edilib.Qəzetin məlumatına görə, son 10 ildə xristianların sayı 71.1-dən 59.3 % ə düşüb. Müsəlmanlar isə 4,8 5 artıb.