Naməlum avtomobil Ələt-Astara yolunun üzərində uzanan sərxoş piyadanın üzərindən keçdi

SOSİAL
10:17 17.01.2023
1020
Salyan rayonunda magistral yolun üzərində uzanan şəxsi avtomobil vuraraq öldürüb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Novruzov Yaşar Ramiz oğlu yola çıxaraq avtomobillərin hərəkat zolağında yerə uzanıb.

Həmin vaxt naməlum avtomobil Y.Novruzovun üzərindən keçərək onu öldürüb.

Hadisə baş verən zaman Y.Novruzovun sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR