Yerli hakimiyyət nümayəndələri hücum nəticəsində 7 nəfərin həlak olduğunu bildiriblər. Həlak olanlar arasında 6 qadın var. Onlardan 5-i müəllim, 1-i isə həkimdir. Həlak olan kişi də həkimdir.Avtomobilin sürücüsü isə yaralı vəziyyətdə aşkarlanıb. İnsidentin bütün qurbanları Pakistan vətəndaşıdır. Silahlı basqın avtomobil Pakistanın “Ujala” (“İşıq”) xeyriyyə təşkilatının yaratdığı uşaq mərkəzindən dönərkən baş verib.İnsident paytaxt İslamabadın 75 km-dəki Svabi dairəsində qeydə alınıb. Qatillər motosikletlə hərəkət ediblər. Hadisənin motivləri aydınlaşdırılır.Hələlik hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb.