Naməlum şəxslər Krımın parlament və nazirlər kabinetinin binalarını zəbt etdilər

DÜNYA
11:38 27.02.2014
914
Krımın parlament və nazirlər kabinetinin binaları naməlum şəxslər tərəfindən zəbt edilib.
AZXEBER.COM-un lenta.ru-a istinadən verdiyi xəbərə əsasən, bu barədə qeyri-rəsmi Krım-tatar parlamentinin sədri Rəfat Çubarov facebookda öz profilində yazıb.
Onun sözlərinə əsasən, hələlik onlar tərəfindən heç bir tələb irəli sürülməyib.
Binaların zəbt edilməsi ilə bağlı BSNews-da xəbər verir.
“İnformasiya həqiqətə uyğundur. Krımın nazirlər kabinetinin binasının üzərində Rusiya bayrağı qaldırılıb”, - agentlik yazıb.
“Jurnalist araşdırmalar mərkəzinin” xəbərinə əsasən, Rusiya bayrağı həmçinin də Krım parlamenti binasının üzərində də qaldırılıb.
OXŞAR XƏBƏRLƏR