"İstəkli və iddialı kluba gəldiyimi bilirəm. Əlimdən gələni etməyə çalışacağam ki, "Sabah”ın uğurlarında böyük pay sahibi olum".
Bunu "Sabah"ın yeni transferi Namik Ələskərov klubun rəsmi saytına açıqlamasında deyib.
27 yaşlı futbolçu əsas hədəfinin ilk növbədə Premyer Liqada qarşıya qoyulan məqsədə çatmaq olduğunu bildirib: "bununla yanaşı, şəxsi göstəricilərimi də inkişaf etdirmək istəyirəm".
Azərbaycan millisinin yarımmüdafiəçisi "Sabah" azarkeşlərinə müraciət edib: "Onlara demək istəyirəm ki, oyunlarımıza gəlsinlər və bizi sonadək dəstəkləsinlər. Biz futbolçular da meydandakı oyunumuzla bunun qarşılığını verməyə çalışacağıq".
Qeyd edək ki, "Sabah" Namik Ələskərovla 3 illik müqavilə bağlayıb.