Namik Ələskərov "Sabah"a transfer olundu

Namik Ələskərov "Sabah"a transfer olundu
İDMAN
15:18 17.06.2022
186
"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərov bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Klubdan verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.

Namik karyerası ərzində ölkəmizdə "Bakı”, "Qarabağ”, "Kəpəz”, "Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə "Bursaspor”u olub.

Ələskərov "Sabah”da 17 nömrəli formada çıxış edəcək.
OXŞAR XƏBƏRLƏR