Azərbaycanın olimpiya çempionu Namiq Abdullayev ata olub.
AZXEBER.COM-un məlumaına görə, dünən onun qız övladının dünyaya gəlməsi haqda xəbər yayılıb.
Qeyd edək ki, N. Abdullayev indiyə kimi Olimpiya yarışlarında ən yüksək nəticə göstərən Azərbaycan idmançısıdır. O, Sidneydə keçirilən 2000 Yay Olimpiya Oyunlarının qızıl, Atlantada keçirilən 1996 Yay Olimpiya Oyunları olimpiadasının gümüş mükafatçısıdır. Üçqat (1995, 1996 və 2003-cü illərdə) Avropa çempionudur. Dünya birinciliyinin gümüş mükafatçısıdır. Azərbaycanın idman tarixinə düşən Namiqin xidmətləri yüksək qiymətləndirilib. O, Azərbaycanın "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif olunub.