Namiq Ələskərov "Bursaspor"da tibbi müayinədən keçdi

Namiq Ələskərov "Bursaspor"da tibbi müayinədən keçdi
İDMAN
09:34 14.08.2021
746

Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Namik Ələskərov ötən gün səhər saatlarında Türkiyəyə yollanıb.

AZXEBER.COM yerli mətbuata istinadən xəbər verir ki, "Bursaspor"la anlaşan 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib. I liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq oyunçunun "Adanaspor"a qarşı mövsümün ilk turunun matçında meydana çıxacağı gözlənilir.

Burnundakı zədəsi tam sağalmayan Ələskərovun xüsusi üz maskası ilə oynayacağı bildirilib.

Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.
OXŞAR XƏBƏRLƏR