Namiq Elza Seyidcahanla duet oxuyacaq – FOTO

Namiq Elza Seyidcahanla duet oxuyacaq – FOTO
ŞOU-BİZNES
15:28 13.05.2015
1157

“Düşünürəm ki, Namiqin ən uğurlu duet ortağı mən olacam”.

Meyxanaçı Namiq Qaraçuxurluxalq artisti Aygün Kazımovadan sonra özünə yeni duet ortağı tapıb.

AZXEBER.COM-un lent.az-a istinadlaməlumatına görə, meyxanaçının yeni duet ortağı xalq artisti ilə qalmaqal yaşamış əməkdar artist Elza Seyidcahan olacaq.

Məlumatı dəqiqləşdirmək üçün E.Seyidcahanla əlaqə saxladıq:

“Bəli, Namiqin yeni duet ortağı mənəm. Artıq oxuyacağımız mahnı da müəyyənləşib. “Əcəb edirəm” adlı bəstəni oxuyacağıq. Düşünürəm ki, Namiqin ən uğurlu duet ortağı mən olacam. Mənim mahnılarımı Azərbaycanda bir çox ifaçılar - Gülüstan Əliyeva, Mətanət İsgəndərli, Elton Hüseynəliyev, Gülay Zeynallı oxuyub. Bəstəkar kimi də sənət yoldaşlarıma yardımçı olmaq istəyirəm”.

Xatırladaq ki, yeni duet ortaqları foto-kameralar önünə keçərək fotosessiya etdiriblər.

Qeyd edək ki, A.Kazımova ilə E.Seyidcahan xeyli müddət öncə qalmaqal yaşayıb.

OXŞAR XƏBƏRLƏR