Quba rayonunda yağan qar səbəbilə KİA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb. Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub. Hadisə avtomobildə olan uşaq tərəfindən anbaan lentə alınıb.
Sonradan qəzaya düşən avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub.
Meyxanaçı AZXEBER.COM-a açıqlamasında qızının və ailəsinin vəziyyətindən danışıb:
"Qızım ailəsi ilə tətilə yollanmışdı. Yollar buzlu olub, maşın sürüşüb və qayadan aşıb. Allaha çox şükürlər olsun ki, heç birinə bir şey olmayıb. Hər birinin səhhəti yaxşıdır".
Aysel Hacızadə








































