Namiq Qaraçuxurlu: "Oliqarxlarla oturub-durmuşam, Tarkanla səhnə bölüşmüşəm" - VİDEO

Namiq Qaraçuxurlu: "Oliqarxlarla oturub-durmuşam, Tarkanla səhnə bölüşmüşəm" - VİDEO
MAQAZİN
15:42 08.07.2023
381
Meyxanaçı Namiq Qaraçuxurlu yeni açıqlaması ilə gündəmə gəlib. 

AZXEBER.COM xəbər verir ki, jurnalist Pərviz Hüseynin "Pərvizlə" layihəsinə qonaq olan sənətçi şəxsi həyatı və karyerasından danışıb.

Meyxanaçı bu günə qədər zəngin sənət yolu keçdiyini bildirib:

"Sənət yolu çox zəngindir. Səbəb odur ki, mən Ali təhsilli deyiləm. Mənim dəsti xəttim o olmayıb ki, mən yetişib incəsənətə gəlim. Ağıla gəlməyən uğurlar qazanmışam. Bir meyxanaçı olaraq stadionda konsert vermişəm. Kremlə qədər gedib çıxmışam. Ölkədən kənarda da tanınmışam. Bunlar heç kimin ağlına gəlməzdi.
"Rəvayət"dən sonra məni Türkmənistan, Özbəkistan, Qazaxıstanda tanıdılar. Mən Azərbaycandan kənarda olan müğənnilərdən Tarkanla səhnə bölüşmüşəm. Maddi tərəfini götürsək Qaraçuxurdan çıxan kasıb bir oğlan olmuşam, oliqarxlarla oturub durmuşam".
 
OXŞAR XƏBƏRLƏR