Namiq Qaraçuxurlu yeni layihəsini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, sənətçi sözləri və musiqisi mərhum dostu, meyxanaçı Xəyyam Quliyevə məxsus olan "Gedirsən get" mahnısını ifa edib.
O, mahnını Xəyyamın xatirəsinə ithaf etdiyini qeyd edib.
Qaraçuxurlu mahnını sosial şəbəkədə Xəyyamın süni intellekt vasitəsilə canlandırılmış görüntüləri ilə yayımlayıb.
Xatırladaq ki, meyxanaçı Xəyyam Quliyev ötən il uzun sürən xəstəlikdən sonra vəfat edib.
Aysel