Namiq Qaraçuxurlunu zəhərlədilər - VİDEO

MAQAZİN
15:32 27.02.2013
2229

Meyxanaçı Namiq Qaraçuxurlu zəhərlənib.

AZXEBER.COM-un məlumatına görə, bir müddət öncə Çinə istirahətə gedən meyxanaçı Bakıya dönər-dönməz xəstələnib.

Onun səs telləri soyuqlayıb və zəhərlənib. Bu barədə meyxanaçı “ATV Maqazin” verilişinə danışıb.“Psixoloji problemlərim yaranmışdı. Həmişə çalışan adam birdən-birə evdə oturub... Günlərlə evdən bayıra çıxmırdım, insanlarla münasibətdən qaçırdım. Hətta telefonlarımı belə söndürmüşdüm. Hər bir şey məni qıcıqlandırırdı. Evdə də oturanda hər bir şeyə əsəbləşirdim”.Söhbət əsnasında meyxanaçı vaxtilə həmkarlarından biri tərəfindən zəhərlənməsindən də söz açıb. O, həmin hadisədən sonra harada nə yeyib-içəcəyinə diqqət yetirdiyini deyib.AZXEBER.COM N.Qaraçuxurlunun YouTube kanalına yerləşdirlən açıqlamasını oxuculara təqdim edir.

OXŞAR XƏBƏRLƏR