02:47 çərşənbə Axşamı, 18 Fevral 2020
Seçki2020

Namizədin bir kənddə görüşünə rekord sayda seçici qatılıb

15:00, 19.01.20206586
Namizədin bir kənddə görüşünə rekord sayda seçici qatılıb
87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd, "Azərbaycan-Fransa Məzunları” İctimai Birliyinin sədri, Dr. Araz Bayramovun Ağsu rayonuun Gəgəli kəndində seçicilərlə görüşü keçirilib.

200-dən artıq kənd sakininin qatıldığı görüşdə çıxış edən A.Bayramov bildirib ki, onun seçkilərə qatılmasında məqsədi Ağsu və İsmayıllı rayonlarının inkişafına tövhə verməkdir: "Mən ötən görüşlərdə söylədiyim fikrin üzərinə qayıdaraq bir daha söyləmək istəyirəm ki, mən bu rayonda doğulub boya-başa çatmışam və mənim burada uşaqlığım, gəncliyim keçib. İstər Fransada, istərsə də Bakıda yaşadığım dövrlərdə Ağsu ilə əlaqəni heç vaxt kəsməmişəm. Rayonun ziyalıları, ağsaqqalları və gəncləri ilə daimi təmaslarım olub. İndiyə qədər yüzlərlə ağsulu xəstəni müalicə etmişəm və onların arasında kifayət qədər ağır vəziyyətdə olan xəstələr də olub. Qürur hissi keçirirəm ki, soydaşlarıma şəfa bəxş etmiş, onları yenidən həyata qaytarmışam”.

Deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışan A.Bayramov qeyd edib ki, ölkədə həyata keçirilən islahatlar dövlətini, vətənini, millətini sevən insanlar üçün böyük imkanlar yaradıb: "İlk dəfədir parlament seçkilərinə qatılıram. İnanıram və şübhə etmirəm ki, seçkilər demokratik və şəffaf keçiriləcək. Bizdən tələb olunan seçkilərdə iştirak etmək və inandığımız namizədə səs verməkdir”.

Daha sonra kənd sakinlərinin suallarına cavab verən Araz Bayramov bir-bir evləri gəzərək, yaşlı və ahıl seçiciləri ziyarət edib, onlarla səmimi müzakirələr aparıb.
 

 

 

 

 

 

 


XƏBƏR LENTİ