Namus üstə adam öldürən qadın bu gün edam olunur

DÜNYA
19:30 30.09.2014
5602
“Mən ölümdən sonrakı həyata inanıram”.
İranlı qadın Reyhaneh Cabbari onu zorlamaq istəyən adamı öldürdüyü üçün edam cəzasına məhkum edilib.
AZXEBER.COM Axar.az-a istinadən xəbər verir ki, hakim 2007-ci ildə baş verən cinayətlə bağlı son qərar qəbul edib. 26 yaşlı Cabbari bu gün Tehranda edam olunacaq. Anasının sözlərinə görə, Cabbari bu sözləri deyib: “Bütün əzablar bu gün sona çatacaq. Təəssüf ki, mən sizin əzabınızı azalda bilmirəm. Mən ölümdən sonrakı həyata inanıram. Sizdən ayrı yaşamaq çox çətin olacaq”.
Reyhanehin anası edamdan sonra qızının cənazəsini almaq üçün artıq həbsxana müdirliyinə müraciət edib.
Hökmü ləğv etmək üçün 200 minə yaxın imza toplansa da, bu imzalar qərarın dəyişməsinə heç bir yardım etməyib.
OXŞAR XƏBƏRLƏR