"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun vacibdir"

İDMAN
11:16 24.10.2022
365
"Qarabağ"la UEFA Avropa Liqasındakı matç bizim üçün vacibdir".

Bunu "Nant"ın baş məşqçisi Antuan Kombuare səfərdə "Nitsa" ilə 1:1 hesablı heç-heçə etdikləri Liqa 1-in XII tur oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis avrokubok qarşılaşmasının onlara irəliləmək üçün imkan verəcəyini bildirib: "Ancaq bizim üçün daha önəmli olan çempionatdır. Növbəti bazar günü "Klermon"la üz-üzə gələcəyik. Əsas məqsədimiz rəqibi məğlub etməkdir. Lazım olan resursları tapacağıq. Biz geridönüş etmək üçün kifayət qədər güclüyük".

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR