"Qarabağ"la matçdan sonra futbolçularda məyusluq və qəzəb var. Çünki məğlub olmağı sevmirik".
AZXEBER.COM "Report"a istinadən bildirir ki, bunu Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kambuare Liqa 1-in VIII turunda "Lans"a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis avrokubokda uduzduqları görüşü analiz etdiklərini bildirib: "Bütün diqqətimizi bu qarşılaşmaya yönəltmişik. Yaxşı oyun sərgiləmək niyyətindəyik. Futbolçulara inanıram. Qələbəyə çox ehtiyacımız var".
Fransalı baş məşqçi Fabionun zədə səbəbindən meydana çıxmayacağını söyləyib.