"Napoli" iki ildir işsiz olan baş məşqçiyə tapşırılır

"Napoli" iki ildir işsiz olan baş məşqçiyə tapşırılır
İDMAN
18:37 06.05.2021
576
Luçano Spalletti İtaliya "Napoli"sinin baş məşqçisi olacaq.

Klubun prezidenti Aurelio De Laurentis komandanı 62 yaşlı mütəxəssisə tapşırmağı düşünür.

Neapol təmsilçisi Çempionlar Liqasına vəsiqə qazansa belə, Spalletti hazırkı baş məşqçi Cennaro Qattuzonu əvəzləyəcək. Onun illik maaşı 3 milyon avro olacaq.

Qeyd edək ki, Luçano Spalletti son olaraq 2017 - 2019-cu ildə "İnter"ə rəhbərlik edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR