“Napoli” prezidentindən sensasion təklif: “23 yaşdan yuxarı futbolçular millidə oynamamalıdır”

“Napoli” prezidentindən sensasion təklif: “23 yaşdan yuxarı futbolçular millidə oynamamalıdır”
İDMAN
20:49 20.10.2025
144
"Napoli”nin prezidenti Aurelio De Laurentis futbol dünyasında ciddi dəyişikliklər edilməsinin vaxtının çatdığını bildirib.

AZXEBER.COM xəbər verir ki, italiyalı funksioner "Class CNBC”yə açıqlamasında həm oyun qaydalarının, həm də turnir formatlarının dəyişdirilməsinin vacibliyini vurğulayıb:

"Artıq çox oyun keçirilir. Futbolçular bir mövsümdə 50, 60, bəzən 70 matçda meydana çıxırlar. Bu, davam edə bilməz. Məncə, milli komandaların oyunçuları üçün yaş məhdudiyyəti tətbiq olunmalıdır. 23 yaşı keçən futbolçular yığmada oynamamalıdır, çünki yeni nəsli kəşf etmək lazımdır”.

De Laurentis əlavə edib ki, 30 yaşdan yuxarı futbolçuların milli komandada zədələnməsi daxili liqalara mənfi təsir göstərir və klubların maraqları çox zaman nəzərə alınmır.

O, həmçinin vurğulayıb ki, millilərə göndərilən futbolçular üçün klublara ödənilən kompensasiya məbləği kifayət qədər deyil və bu məsələnin də tənzimlənməsi vacibdir.

Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR