"Napoli"nin futbolçusu ölkəsi üçün təcili yardım maşınları aldı

"Napoli"nin futbolçusu ölkəsi üçün təcili yardım maşınları aldı
İDMAN
16:24 27.06.2021
1261
İtaliya "Napoli"sinin və Seneqal millisinin futbolçusu Kalidu Kulibali koronavirusla mübarizədə ölkəsinə dəstək verib.

30 yaşlı müdafiəçi bu məqsədlə yerli xəstəxanalar üçün təcili yardım maşınları, tibbi avadanlıqlar, xərək və dərmanlar alıb.

Bütün bunlar Neapoldan gələn gəmi ilə Seneqala çatdırılacaq.

Qeyd edək ki, Kalidu Kulibalinin yay transfer dövründə "Napoli"ni tərk edəcəyi gözlənilir. Onunla İngiltərənin "Mançester Siti" və "Liverpul" klubları maraqlanır.
 
///Report
OXŞAR XƏBƏRLƏR