Naqif Həmzəyev: Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır

Naqif Həmzəyev: Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır
SİYASƏT
14:13 21.10.2020
654

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirir, müasir hərb tarixində yeni, qələdələrlə dolu səhifələr açır".

AZXEBER.COM xəbər  verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, hər ötən gün işğaldan azad edilmiş torpaqlarımızın sırasına yeniləri əlavə olunur, torpaqlarımızın işğaldan tam azad ediləcəyi tarixi sürətlə yaxınlaşdırır.

Bu gün müstəqil Azərbaycan dövlətinin əldə etdiyi tarixi uğurların təməlində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət dayanır. Cənubi Qafqazın suverenlik və tərəqqi yolunda sürətlə inkişaf edən Azərbaycan sözün həqiqi mənasında nəhəng irəliləyişlər əldə edir. Azərbaycanın əldə etdiyi uğurlar bir ilin, iki ilin məhsulu deyil. Dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifi olan dövlət başçımızın rəhbərlik etdiyi 17 ildə müstəqil dövlət quruculuğunun bütün istiqamətləri üzrə ciddi nailiyyətlər əldə edilib, böyük uğurlara imza atılıb. Bu gün biz bunun müsbət nəticələrini görürük, şahidi oluruq.

İşğalçı, mənfur qonşularımız olan Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan ən ümdə vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Məhz bunun üçün ölkə Prezidentimizin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biri ordu quruculuğu olub. Azərbaycanın iqtisadi inkişafı, maliyyə imkanlarının artması ordumuzun qüdrətlənməsini təmin edib. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır.

Hərbi paradlarda modern ordu quruculuğunu nümayiş etdirən Azərbaycan ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində, savaş meydanında öz sözünü dedi. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünün, əsgərlərimizin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu yenidən nümayiş etdirdi. Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması, Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi isə Azərbaycan Silahlı Qüvvələrinin Aprel qələbəsindən sonra növbəti zəfəri oldu. Həmin vaxt bu zəfər cəmiyyətimizin xoş ovqatını daha da artırdı, düşmən üzərindəki tam qələbə gününün o qədər də uzaqda olmadığının müjdəsi oldu.

Bu gün Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi - diplomatik sahədə qazanığı uğurların bəhrəsidir. Cəbhənin bütün istiqamətlərində rəşadətli Ordumuzun düşməni darmadağın edərək irəliləməsi isə regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərinin birdəfəlik sonu olacaq.

Bu gün Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar təsdiq edir ki, ölkə Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və məğrur siyasəti,atdığı hər bir addım, verdiyi hər bir qərar yalnız bu gün üçün yox, gələcək üçün də qarantdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb