Deputat: Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Zirvə görüşü zamanın həmrəylik çağırışı oldu

Deputat: Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Zirvə görüşü zamanın həmrəylik çağırışı oldu
SİYASƏT
12:38 05.05.2020
806
Bu günlər dünyanın diqqəti yenidən Bakıya yönəldi. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşü dünya siyasətçilərinin əsas mövzusuna, kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrildi.

Bunu AZXEBER.COM-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. Deputat bildirib ki, dünyanı çalxalayan koronavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü 120 üzv dövlətin yekdil dəstəyi ilə həyata keçdi:

"Zirvə görüşündə Prezident İlham Əliyev açılış nitqi söyləyərək, koronavirus pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini xatırladaraq, bu bəlanın və onun fəsadlarının aradan qaldırılması Hərəkata üzv dövlətlərin və bütün bəşəriyyətin qarşısında duran ən vacib problem olduğunu vurğulayıb. Azərbaycan Prezidenti ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən təxirəsalınmaz, çevik və zəruri qabaqlayıcı tədbirləri diqqətə çatdırıb, pandemiya dövründə insanların sağlamlığının və onların sosial müdafiəsinin təmin edilməsinin Azərbaycan dövləti üçün prioritet məsələ olduğunu qeyd edib”.

Naqif Həmzəyev vurğulayıb ki, 2019-2021-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək ölkə, dünya birliyinin məsuliyyətli üzvü kimi kimi Azərbaycan diqqəti COVID-19-a qalib gəlməyin mümkünlüyünə, ümumi evimizin- planetimizin üzərinə qara kabus kimi çökən bəlanın öhdəsindən qarşılıqlı dəstək və birgə səylərlə gəlməyin yollarına yönəltdi. Dövlətimizin başçısı Azərbaycanın pandemiyaya qarşı mübarizədə əldə etdiyi müsbət təcrübəni digər dövlətlərlə bölüşməyə hazır olduğunu da xüsusi ilə diqqətə çatdırdı. Son üç həftə ərzində ölkəmizdə əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsi, xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamikanın müsbət olması görülən tədbirlərin əyani göstəriciləri olduğu Zirvə görüşündə vurğulandı.

Bildiyimiz kimi, pandemiyanın yaratdığı sosial-iqtisadi çətinliklər bütün ölkələr, ələlxüsus maliyyə resursları az olan dövlətlər üçün ciddi təlatümlərə səbəb olub. Qoşulmama Hərəkatına üzv dövlətlərin bir çoxu da məhz məhdud ehtiyatlara malik olduğunu nəzərə alsaq, qarşıdakı dövrdə onları çətin sınaqlar gözlədiyi qaşılmazdır. Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycanın üzərinə düşən məsuliyyəti belə çətin dönəmdə də layiqincə yerinə yetirdi. Dövlətimizin Başçısının təşəbbüsü ilə keçirilən, 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının da çıxış etdiyi Zirvə görüşü bir daha təsdiq etdi ki, heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına aradan qaldıra bilməz.

Qoşulmama Hərəkatına rəhbərlik edən Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı birgə mübarizə aparmaq, həmrəylik nümayiş etdirmək və qarşılıqlı dəstək, eyni zamanda, bu xəstəliyin mənfi təsirlərinin aradan qaldırılması məqsədilə pandemiyadan sonrakı dövr üçün iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq təklifi BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq

təşkilat-Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən böyük razılıqla qarşılandı.

BMT-nin Baş katibi Antonio Quterreş, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamata, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin və digər çıxış edənlər Azərbaycan Prezidentinin bütün dövlətlərin səylərinin birləşdirməsi çağırışını yüksək qiymətləndirib, pandemiyaya qarşı mübarizədə Qoşulmama Hərəkatının oynadığı rolun əhəmiyyətlini vurğulayıblar.

Zirvə görüşü BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilat - Qoşulmama Hərəkatının digər beynəlxalq təsisatlar və dünya birliyi ilə əməkdaşlığa hazır olduğunun bir daha nümayiş etdirdi. Eyni zamanda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəldiyinin təsdiqi oldu
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb