Naqif Həmzəyev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilir

Naqif Həmzəyev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilir
SOSİAL
14:21 02.06.2018
5373
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilir.

AZXEBER.COM xəbər verir ki, nümayəndə heyətinin tərkibinə rotasiya qaydasında dəyişiklik edilir

Belə ki, AŞPA-dakı nümayəndə heyətinin tərkibinə deputat Naqif Həmzəyevin yeni üzv seçilməsi təklifi irəli sürülüb. Bu haqda məlumatı modern.az saytı yayıb. 

Məsələyə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar plenar iclasında baxılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir:

Səməd Seyidov (sədr), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elşad Həsənov, Rəfael Hüseynov, Rövşən Rzayev, Ülviyyə Ağayeva, Asim Mollazadə, Vüsal Hüseynov daxildir.

Lakin ölkə başçısının imzaladığı sərəncamla deputatlar Rövşən Rzayev "Dövlətqaçqınkom”un sədri, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi  təyin edildiyindən, onlar AŞPA-ya gedə bilmirlər.
OXŞAR XƏBƏRLƏR