Naqif Həmzəyev: "Əhalinin sağlamlığının etibarlı qorunması ölkə prezidentinin hər zaman diqqət mərkəzindədir"

Naqif Həmzəyev: "Əhalinin sağlamlığının etibarlı qorunması ölkə prezidentinin hər zaman diqqət mərkəzindədir"
SİYASƏT
17:46 16.03.2020
5927
"Dünyada tüğyan edən koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün hər zaman ən vacib, prioritet məsələlərdən olub".
 
AZXEBER.COM xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
 
Millət vəkili qeyd edib ki, məhz bunun üçün də koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarların verilməsi çox düzgün və vaxtında atılmış addımlardandır. Ölkəmizdə koronavirus epidemiyasının yayılması ehtimalı o qədər də yüksək olmasa da, məsələ dövlətin, ölkə rəhbərinin diqqət mərkəzindədir. Xəstəliyin yayılmaması ilə bağlı ölkə ərazisində analoji mövqe nümayiş etdirilir, koronavirusla mübarizədə lazımi tədbirlərin daha sürətli görülməsi üçün bəlli miqdarda vəsait ayrılıb.
 
Naqif Həmzəyev onu da vurğulayıb ki, xoş gündə olduğu kimi ən çətin anlarda ölkə vətəndaşlarının, xalqın yanında olan Prezident İlham Əliyev belə bir vəziyyətdə də Azərbaycanın bölgələrinə - Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz rayonlarına səfər edib, əhali ilə sıx təmasda oldu. Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında çıxışı zamanı ölkə başçısı Azərbaycanda koronovirus epidemiyası ilə bağlı vəziyyətin nəzarət altında olduğunu bildirdi.
 
Bu bir daha göstərdi ki, ölkə vətəndaşlarının dərdi-səri, problemləri, əhalinin sağlamlığının etibarlı qorunması Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Koronavirus təhdidi və ondan müdafiə tədbirləri ilə bağlı dövlət başçısının vaxtında verdiyi qərarın icrası ölkədə epidemioloji vəziyyətin gərginləşməsinin, xəstəliyin insanlar arasında yayılmasının qarşısıını almağa yönəldilməsinə baxmayaraq, dövlət başçısı hər kəsi diqqətli olmağa çağırıb.
 
Dövlət tərəfindən tətbiq olunan qaydalar onların təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlar olduğunu bilməli, qaydalara məsuliyyətlə yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdırlar. Dünyanı təşvişə salan koronavirusla bağlı məlumatlardan təşvişə düşmək deyil, təlaş keçirmədən özümüzün, ailə üzvlərimizin və yaxınlarımızın sağlamlığı üçün bu bəlanın, bu təhlükənin yayılmasına, daha dəhşətli fəsadlar törətməsinə qarşı hər kəs birləşməli, Nazirlər Kabineti yaradılmış Operativ Qərargahın tövsiyələrinə, məsələhətlərinə, qərarlarına əməl etməli, tabe olmalıdır. "Belə bir vaxtda Kütləvi İnformasiya Vasitələrinin, sosial şəbəkə istifadəçilərinin, blogerlərin üzərinə böyük məsuliyyət düşür. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşları maarifləndirməli, narahatlığa səbəb olacaq məlumatlar, şaiyələr yaymaqdan çəkinməlidirlər", - Naqif Həmzəyev qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
19:09 05.08.2026
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
16:29 05.08.2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı