Naqif Həmzəyev: Ölkəmizdə yol infrastruktur layihələri uğurla həyata keçirilir

Naqif Həmzəyev: Ölkəmizdə yol infrastruktur layihələri uğurla həyata keçirilir
SOSİAL
11:20 11.09.2020
442
Ölkə Prezidenti İlham Əliyev tərəfindən verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edir.

Bunu AZXEBER.COM-a açıqlmasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı Azərbaycan vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini daim prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətdə həyata keçirilən tədbirlərin, layihələrin, sərəncamların ardı-arası kəsilmir. Məhz bunun nəticəsidir ki, yeni göydələnlər inşa olunur, aqroparklar fəaliyyətə başlayır, tibb müəssisələri, modul tipli xəstəxanalar, təhsil ocaqları tikilir.

Ulu öndər Heydər Əliyevin vaxtilə böyük uzaqgörənliklə söylədiyi "yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir” sözlər bu gün də öz aktuallığını saxlamaqdadır. Ölkəmizin bütün sahələri kimi yol infrastruktur layihələri də uğurla həyata keçirilir, dünya standartlarına uyğun yollar salınır, körpülər inşa edilir. Çəkilən yollar, salınan körpülər avtomobillərin intensiv hərəkətini nizamlamaq, gərginliyi, tıxacları aradan qaldırmaqla yanaşı, ölkəmizə xüsusi gözəllik və əzəmət verir. Yeni asfalt yollar, körpülər hər bir sakinə dinclik gətirir, onların təhlükəsizliyini təmin edir. Yolların yenidən qurulması, körpülərin saalınması ilə bağlı Prezidentimiz İlham Əliyev ardıcıl olaraq tədbirlər həyata keçirir, sərəncamlar imzalayır və bu sərəncamlar bir-birinin ardınca, vaxtında icra olunur.

Sentyabrın 9-da dövlət başçımızın açılışında iştirak etdiyi Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidi piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinə xidmət edir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Qeyd edək ki, təkcə Bakı şəhərində 113 piyada keçidi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü piyada keçidi, 72-si yeraltı piyada keçididir. Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 yeraltı və yerüstü piyada keçidi tikilərək istifadəyə verilib. Hazırda ölkə üzrə avtomobil yollarında 9 ərazidə piyada keçidinin inşası davam etdirilir.

Bu son deyil. Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən sosialyönümlü iqtisadi inkişaf strategiyasının nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi daha da inkişaf edəcək, əhalinin yaşayış səviyyəsi daha da yüksələcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
17:51 17.07.2026
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
17:49 17.07.2026
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
17:41 17.07.2026
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
17:34 17.07.2026
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
17:23 17.07.2026
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
17:15 17.07.2026
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
17:04 17.07.2026
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
16:56 17.07.2026
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
16:54 17.07.2026
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
16:27 17.07.2026
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
16:22 17.07.2026
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
16:10 17.07.2026
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
15:57 17.07.2026
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
15:52 17.07.2026
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
15:34 17.07.2026
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
15:32 17.07.2026
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb