Naqif Həmzəyev: “Müsavat doğru olanı etdi”

Naqif Həmzəyev: “Müsavat doğru olanı etdi”
SOSİAL
15:27 19.05.2024
207
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən bu görüşdə marağa səbəb olan məqamlardan biri də əsas müxalifət partiyalarından olan Müsavatın iştirakıdır.

Qeyd edək ki, sosial şəbəkələrdə Müsavat Partiyası təmsilçisinin hakimiyyət nümayəndəsi ilə bir masaya oturması müzakirələrə səbəb olub.

YAP-çı deputat Naqif Həmzəyev Gununsesi.info-ya açıqlamasında PA-nın təşkil etdiyi bu görüş haqqında danışıb.

Azərbaycanın demokratik dövlət olduğunu vurğulayan Həmzəyev bildirib ki, siyasi qüvvələrin ölkə həyatındakı rolu danılmazdır: "Bu baxımdan hesab edirəm ki, zaman-zaman müxtəlif məsələlərlə bağlı mərkəzi hakimiyyət, qanunvericilik orqanlarının təmsilçiləri ilə siyasi partiya rəhbərlərinin bir araya gəlməsi təqdirəlayiq haldır. Sevindirici haldır ki, Azərbaycanın siyasi kəsimində münasibətlər ümumumilli məsələlərdə həmrəyliyə, ölkəmizin daha da güclənməsinə yönəlik prinsiplərə söykənir. Təbii ki, bu cür görüşlərdə cəmiyyəti narahat edən bir sıra məsələlər də müzakirə olunur və müyyən təkliflər səslənir ki, bu da ölkənin və cəmiyyətin inkişafı üçün mühüm amildir”.

Azərbaycan cəmiyyətinin monolit bir cəmiyyət olduğunu vurğulayan deputat buna bariz nümunə kimi 44 Günlük Vətən Müharibəsini misal çəkib: "Azərbaycan xalqının ali baş komandanın dəmir yumruğu altında birləşməsi, ümumilli həmrəylik bizim qələbəmizi asanlaşdırdı. Hesab edirəm ki, bu birlik gələcəkdə də davam etdirilməlidir. Biz baxmayaraq ki, suverenliyimizi bərpa etmişik, amma güclənməyimizi istəməyən ölkələr yenə də var. Bu ölkələr çalışır ki, Azərbaycanın daxilində düşmənçilik toxumu səpilsin, qarşıdurmalar yaransın. Ona görə də müxtəlif ideologiyalara qulluq etsəllər də belə  cəmiyyətin siyasi kəsimini təmsil edən qüvvələrin  zaman-zaman bir araya gəlməsi vacibdir”.

Müsavat Partiyasına bu görüşə qatıldığı üçün ünvanlanan tənqidlərə gəlincə, YAP-çı deputat bildirir ki, Müsavat doğru olanı etdi: "Əgər hər hansı bir siyasi qüvvə özünü cəmiyyətin, dövlətin inkişafı prosesində görürsə, bu cür təşəbbüslərə biganə qalmamalıdır. Bu baxımdan hesab edirəm ki, Müsavat Partiyası doğru olanı edib”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
23:21 01.07.2025
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
23:18 01.07.2025
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
23:12 01.07.2025
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
22:52 01.07.2025
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
22:40 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
22:36 01.07.2025
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
Yəməndən İsrailə raket atılıb
22:21 01.07.2025
Yəməndən İsrailə raket atılıb
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
22:18 01.07.2025
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
22:09 01.07.2025
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
21:55 01.07.2025
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
21:43 01.07.2025
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
21:36 01.07.2025
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
21:30 01.07.2025
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
21:13 01.07.2025
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
21:11 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
20:53 01.07.2025
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb