Naqif Həmzəyev: Təbiəti qorumaq, qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur

SOSİAL
13:03 23.05.2020
473
Bu gün ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Sağlamlığımızı təmin etmək üçün ilk növbədə təbiəti sağlamlaşdırmaq, ətraf mühiti qorumaq gərəkdir. 

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, XX və XXI əsrlərdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı, gələcəkdə bərpası mümkün olmayacaq təbii sərvətlərin həddindən artıq istismarı ətraf mühitə mənfi təsirini qaçılmaz edib. 

Qlobal ekoloji böhran, ətraf mühitlə bağlı problemlər bu gün bəşəriyyətin inkişafının ən vacib tələblərindən birinə çevrilib. Son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə edən ölkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində geniş miqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması dövlət siyasətinin dayanıqlı inkişafs trategiyasının mühüm tərkib hissəsələrindən biridir. 

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq ölkəmizin ekoloji siyasətinin əsas istiqamətləridir. Unutmayaq ki, iqlim dəyişmələrinin təsirindən inkişaf səviyyəsində nasılı olmayaraq heç bir ölkə sığortalanmayıb. Təbiətdə baş verən ekstremal təbii fəlakətlərdən bunu əyani şəkildə müşahidə edirik. Bəşəriyyətin üzləşdiyi ən çətin problemlərdən biri olan qlobal iqlim dəyişmələrinin yaratdığı problemin qarşısının alınmasına yönəldilən birgə səylər hər zaman ölkəmiz tərəfindən dəstəklənib, vətəndaşlarımız bu sahədə öz fəallıqlarını nümayiş etdiriblər. 

"Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir”. Xalqımızın ulu öndəri Heydər Əliyevin zamanında söylədiyi bu sözlər bu gündə öz aktuallığını qoruyub saxlayır. Dövlətimizin ekoloji siyasətinin, təbiətə dəyər verməsinin və ona qayğı ilə yanaşmasının bəhrəsidir ki, insanlar təbiətlə bir vəhdət şəklində yaşayır, təbiətimizi, zəngin flora və faunamızı qoruyur, ölkəmizin yaşıllıqlar diyarına çevrilməsi üçün əllərindən gələni edirlər. 
Ümummilli liderimiz ekoloji probləmlərin həlli yollarını da bizə göstərib:"Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması,ekoloji sağlamlıq və digər qlobal probləmlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də,onları yalnız birgə səylərlə həll etmək mümkündür". 

Ulu öndərimiz tərəfindən müəyyənləşdirilən ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəbaşçısısınınrəhbərliyiilətəbiətimühafizəsahəsindəgörülənişlər, bu sahəyə göstərilən dövlət qayğısı hər birimizdən təbiətə, torpağa,Vətənə qayğı və sevgi ilə yanaşmağı tələb edir. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrində mühüm rolu var. Müxtəlif vaxtlarda icra olunan ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verir. 

Bu gün Azərbaycanın hər yerində vətəndaşların iştirakı ilə ağacəkmə aksiyaları keçirilir, flora və faunanın genefondunun mühafizəsi üçün "Qırmızı Kitab” yaradılıb, nadir və nəsli kəsilməkdə olan növlərin tədqiqi üzrə mütəxəssislər mütəmadi monitorinqlər keçirirlər. Ölkəmizin hər yerində yaşıllıqlarınsalınmasında, təmizlikişlərindəvətəndaşlarımız fəallıq göstərirlər. Onların əkdikləri ağaclar təbiətə rəngarənglik, gözəllik, eyni zamanda təmiz hava bəxş edir. 

Ətraf mühitdən, təbiətdən yararlanmaq hər bir vətəndaşın hüququ olduğu kimi, onu qorumaq, qayğısına qalmaq da hər birimizin vətəndaşlıq borcudur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:38 27.10.2020

İran XİN başçısının müavini Azərbaycana səfər edəcək

15:37 27.10.2020

Nazirlik “WhatsApp”da yayılan mesajla bağlı xəbərdarlıq etdi

15:31 27.10.2020

"Azərbaycan polisi bu gün çiyinlərində yalnız rütbə deyil, həm də xalqımızın təhlükəsizliyini daşıyır"

15:26 27.10.2020

Səfir: “Çox şadıq ki, Azərbaycanın İranla sərhəd rayonları işğaldan azad olunub”

15:20 27.10.2020

Kamran Əliyev Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

15:17 27.10.2020

İran XİN rəhbərinin müavini Bakı və İrəvana səfər edəcək

15:16 27.10.2020

Ermənistanda real sektor: real çöküş

14:59 27.10.2020

Azərbaycanda bu gün 663 nəfər koronavirusa yoluxdu

14:59 27.10.2020

Ermənistanın rəsmən etiraf etdiyi 1037 itkisinin - ADLARI

14:55 27.10.2020

Rəsmi Yerevan separatçıların Paşinyana məktubunu ermənilərdən gizlədib

14:48 27.10.2020

“Bizi Vətən çağırdı”: Zəfərlə dolu 30 gün... - VİDEO

14:42 27.10.2020

Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı öldürmək istəyir

14:39 27.10.2020

“Azərbaycanda müharibədir, toy edə bilmərik” - Məşhur türk aktrisa

14:34 27.10.2020

“Tariximizin biabırçı səhifəsini yaşayırıq” - "Paşinyan dərhal istefa ver"

14:25 27.10.2020

Ermənistan əks-kəşfiyyat idarəsinin rəisi işdən qovuldu

14:23 27.10.2020

Dövlət Baxçalı: Ermənilərə silah yardımı göstərmək ikiüzlülük və xainlikdir