“Nar” autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərdi

“Nar” autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərdi
İQTİSADİYYAT
15:30 23.01.2019
4347
"Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində "autizm spektr pozuntuları” diaqnozlu uşaqlara növbəti dəfə dəstəyini göstərib. Belə ki, "Nar” autizm "spektr pozuntuları” diaqnozlu uşaqlarla işləyən "Birgə və Sağlam" İctimai Birliyini yüksəksürətli simsiz internet ilə təmin edib.

AZXEBER.COM xəbər verir ki, "Nar”-ın təqdim etdiyi yüksəksürətli limitsiz internet sayəsində autizm sindromlu uşaqlar cəmiyyətə inteqrasiya olunmaları üçün lazım olan proqramlardan və dərs vəsaitlərindən yararlana biləcəklər. Bundan başqa, "Nar” şəbəkəsi vasitəsilə "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "Kashalata” kafedə çalışan yeniyetmə autizmli uşaqlar komputer və İT bacarıqlarını inkişaf etdirəcəklər və müxtəlif peşələrə yiyələnmələri üçün internetdən rahatlıqla istifadə edə biləcəklər. 

"Nar” bundan əvvəl də birliyin autizm simdromlu uşaqlarına öz dəstəyini göstərib və onların çalışdığı "Kashalata” kafe-atelyeni zəruri olan avadanlıqla təmin edib. Qeyd edək ki, autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaq məqsədilə "Kashalata” kafedə autizmli yeniyetmə uşaqlar çalışır və müştərilərə özləri xidmət göstərir. "Birgə və Sağlam" İctimai Birliyinin reabilitasiya mərkəzi 70-dən artıq xüsusi qayğıya ehtiyacı olan autizm sindromlu uşaqlara təhsil xidməti verir.
Qeyd edək ki, "Nar” xüsusi qayğıya ehtiyacı olan insanları daim diqqətdə saxlayır və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır. Mobil operatorun həyata keçirdiyi KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar. 
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətanət İsgəndərlinin prodüserindən jurnalistlərə hörmətsizlik - VİDEO
16:26 07.05.2025
Mətanət İsgəndərlinin prodüserindən jurnalistlərə hörmətsizlik - VİDEO
“Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
16:18 07.05.2025
“Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
Moskvaya gedən Serbiya Prezidentinin təyyarəsi Bakıda məcburi eniş etdi
16:17 07.05.2025
Moskvaya gedən Serbiya Prezidentinin təyyarəsi Bakıda məcburi eniş etdi
Bakıda avtobus sürücüsü sərnişini boğmağa çalışdı
16:15 07.05.2025
Bakıda avtobus sürücüsü sərnişini boğmağa çalışdı
Turizm Agentliyinin “yol şousu” baş tutmadı: Tender ləğv edildi
16:15 07.05.2025
Turizm Agentliyinin “yol şousu” baş tutmadı: Tender ləğv edildi
Növbəti üç gündə bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
16:14 07.05.2025
Növbəti üç gündə bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Abşeronda problem bitmir: "Adamı danışmağa da peşman edirlər" - VİDEO
16:11 07.05.2025
Abşeronda problem bitmir: "Adamı danışmağa da peşman edirlər" - VİDEO
"Qalatasaray"ın keçmiş futbolçusu həbs edildi
16:07 07.05.2025
"Qalatasaray"ın keçmiş futbolçusu həbs edildi
"Orxan Lökbatanlını yaxşı ki, Heydər Əliyev Sarayına buraxmayıblar" - VİDEO
16:01 07.05.2025
"Orxan Lökbatanlını yaxşı ki, Heydər Əliyev Sarayına buraxmayıblar" - VİDEO
Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
15:53 07.05.2025
Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
"Qayıdış" xarici ölkəyə satılan ilk serial oldu
15:53 07.05.2025
"Qayıdış" xarici ölkəyə satılan ilk serial oldu
Dünən təyin olunan nazir bu gün işdən çıxarılıb? – Azərbaycanda maraqlı olay
15:52 07.05.2025
Dünən təyin olunan nazir bu gün işdən çıxarılıb? – Azərbaycanda maraqlı olay
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi
15:51 07.05.2025
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi
Binədə sənədi olmayan torpaqları satanlar tutuldu
15:42 07.05.2025
Binədə sənədi olmayan torpaqları satanlar tutuldu
Pakistanın səfiri Əhməd Şahidovun ATƏT-dəki çıxışını paylaşdı - VİDEO
15:39 07.05.2025
Pakistanın səfiri Əhməd Şahidovun ATƏT-dəki çıxışını paylaşdı - VİDEO
İraq Ərbil şəhərində Azərbaycan konsulluğunun açılmasını təklif etdi
15:39 07.05.2025
İraq Ərbil şəhərində Azərbaycan konsulluğunun açılmasını təklif etdi