“Nar” BakuTel sərgisində ən son yeniliklərini təqdim edəcək

“Nar” BakuTel sərgisində ən son yeniliklərini təqdim edəcək
SOSİAL
16:14 28.11.2016
1137

"Nar” BakuTel-2016 22-ci beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edəcək. Mobil operator hər il olduğu kimi bu il də sərgidə özünün ən son yeniliklərini təqdim etməyi planlaşdırır. Dörd gün ərzində davam edəcək sərginin qeydiyyat sponsoru olan "Nar” sərgi müddətində müasir rabitə tələbləri – ev üçün internet və IPTV xidmətləri, mobil rabitə üçün danışıq və internet, həmçinin SMS xidmətlərinin vahid platforma üzərindən təqdim edilməsini nəzərdə tutan tamamilə yeni "Qutu” məhsulunu, yüksəksürətli məlumat mübadiləsini təmin edən LTE-A (LTE-Advanced) şəbəkəsini, "Augmented Reality” virtual reallıq texnologiyasını və digər yeniliklərini sərgi iştirakçılarına təqdim edəcək.    

 

Sərgi zamanı "Nar” özünün çoxfunksiyalı rabitə strategiyası çərçivəsində təqdim etdiyi "Qutu” məhsulunu ilk dəfə ictimaiyyətin diqqətinə çatdıracaq. Bu məhsulun əsas mahiyyəti müasir rabitə tələblərinin vahid platforma üzərindən idarə olunmasıdır. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq "Nar” özünün "Qutu” məhsulu ilə abunəçilərinə eyni platforma üzərindən mobil rabitə, eləcə də fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini  vahid ödəniş ilə təklif etməyi planlaşdırır. "Qutu” sayəsində abunəçi artıq ayrı-ayrı xidmətləri əldə etmək üçün əlavə vaxt itirməyəcək, bütün xidmətləri bir paketdə əldə edərək ümumi xərclərinə qənaət edə biləcək və həftədə 7 gün 24 saat özəl müştəri xidmətlərindən faydalanmaq fürsəti qazanacaq.  

 

Qeyd edək ki, bu məhsulu 2017-ci ilin yanvar ayından etibarən əldə etmək mümkün olacaq. Sərgi günlərində "Nar” Bakutel stendində və ya dekabr ayı ərzində rabitə operatorunun internet səhifəsində (nar.az) qeydiyyatdan keçmiş abunəçilər arasından təsadüfi seçilmiş 100 nəfər "Pulsuz ay” fürsətindən yararlanmaq şansı əldə edəcək.

  

Sərgidə nümayiş etdiriləcək yeniliklərdən biri də genişləndirilmiş "Nar” şəbəkəsinin məhsulu olan LTE-A (LTE-Advanced) innovativ texnologiyasıdır. Sərgi iştirakçıları LTE-A test sınamasında iştirak edərək "Nar” şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını bilavasitə sınaqdan keçirə biləcəklər.  

 

Bundan əlavə, "Nar” stendinin ziyarətçiləri yeni "Yerlim” tarifinin tanıdılması çərçivəsində Azərbaycanda ilk dəfə olaraq ölkə coğrafiyasında virtual səyahət etmək imkanı verən və virtual reallıq texnologiyasına əsaslanan "Augmented Reality” interaktiv turunun birbaşa iştirakçısı ola biləcəklər.   

 

"Nar” hər bir kəsi 29 noyabr-2 dekabr 2016-cı il tarixləri arasında Bakı Ekspo Mərkəzində keçiriləcək BakuTel-2016 22-ci beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları” sərgisindəki "Nar” stendinə dəvət edir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi