“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

“Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı
İQTİSADİYYAT
16:42 08.12.2017
1355

BakuTel-2017 23-cü beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində uğurla iştirak edən "Nar” ən son yeniliklərini nümayiş etdirib.

 

AZXEBER.COM xəbər verir ki, dörd gün davam etmiş sərgi müddətində "Nar” stendi ziyarətçilərin böyük marağına səbəb olub. Burada maraqlı təqdimatlar, bir çox sınaqlar keçirildi, müsabiqələr və müxtəlif yarışmalar təşkil edilib. Maraqlı təqdimatlar və ziyarətçi axını sayəsində "Nar” stendi sərginin ən çox ziyarət edilən stendi seçilib.

 

Bakı Ekspo Mərkəzində keçirilən sərgi günlərində "Nar” stendində təşkil edilmiş müsabiqələr böyük maraq doğurub. Sərginin keçirildiyi günlərdə "İrşad Electronics” mağazalar şəbəkəsi ilə birgə təşkil edilmiş müsabiqədə "Nar” stendinin ziyarətçiləri, hər gün bir smartfon olmaqla, ümumilikdə dörd dəyərli smartfon qazanıblar. Sərgi iştirakçıları mobil operatorun ən son məhsul və layihələri ilə bilavasitə tanış olmaq fürsəti qazanıblar və "Nar” şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını test ediblər.

 

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kiprin XİN başçısı: Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırıq
15:39 20.08.2025
Kiprin XİN başçısı: Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırıq
Prezidentlə xanımı “Hacıkənd” kompleksinin tikintisi ilə tanış olublar
15:34 20.08.2025
Prezidentlə xanımı “Hacıkənd” kompleksinin tikintisi ilə tanış olublar
Azərbaycan Rusiyanın “Eurovision” analoquna getməkdən imtina etdi
15:32 20.08.2025
Azərbaycan Rusiyanın “Eurovision” analoquna getməkdən imtina etdi
Pakistanda musson fəlakətləri: Ölənlərin sayı 746-ya çatdı
15:31 20.08.2025
Pakistanda musson fəlakətləri: Ölənlərin sayı 746-ya çatdı
Saakaşvili: Bu, Rusiyanın yüz ildəki ən böyük məğlubiyyətidir
15:30 20.08.2025
Saakaşvili: Bu, Rusiyanın yüz ildəki ən böyük məğlubiyyətidir
"Rusiya bununla Azərbaycana gözdağı vermək istədi, amma özünün əleyhinə işlədi"
15:24 20.08.2025
"Rusiya bununla Azərbaycana gözdağı vermək istədi, amma özünün əleyhinə işlədi"
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı - Qonaqları zəngin proqram gözləyir
15:15 20.08.2025
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı - Qonaqları zəngin proqram gözləyir
Rusiyaya buraxılmayan Emin Əfəndi: Azərbaycanlılara qarşı münasibət hər gün daha da sərtləşir
15:14 20.08.2025
Rusiyaya buraxılmayan Emin Əfəndi: Azərbaycanlılara qarşı münasibət hər gün daha da sərtləşir
Məmməd İsmayıl Tovuzda dəfn olundu
15:07 20.08.2025
Məmməd İsmayıl Tovuzda dəfn olundu
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
14:57 20.08.2025
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
14:44 20.08.2025
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
14:43 20.08.2025
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
14:36 20.08.2025
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
14:21 20.08.2025
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
14:20 20.08.2025
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
14:19 20.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar