“Nar” Britaniyanın ən böyük mobil operatoru olan “EE/T-Mobile” ilə əməkdaşlığa başladı

İQTİSADİYYAT
14:38 28.01.2016
1547

Öz istifadəçilərinə keyfiyyətli rominq xidməti təklif edən “Nar” bu sahədə daha bir uğura imza ataraq, Avropanın ən böyük mobil rabitə operatorlarından biri sayılan Böyük Britaniyanın “EE/T-Mobile UK” şirkəti ilə kommersiya razılaşması əldə etdi. Layihə çərçivəsində “Nar” və Birləşmiş Krallığın ən böyük mobil operatoru olan EE/T-Mobile” öz abunəçilərinə rominqdə olarkən daha keyfiyyətli GSM xidməti göstərə biləcəklər.

“Nar” operatorunun “Bir zona – bir qiymət” prinsipinə əsaslanan rominq xidməti dünyanın 165-dən artıq ölkəsini əhatə edir. Rominq haqqında ətrafl məlumatı buradan öyrənə bilərsiniz: www.nar.az

OXŞAR XƏBƏRLƏR