“Nar”-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər

“Nar”-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər
İQTİSADİYYAT
12:24 04.12.2018
3332
"Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində növbəti sosial aksiyasını gerçəkləşdirib. 3 dekabr – Beynəlxalq Əlillər Günündə mobil operator fiziki məhdudiyyətli insanlara dəstək nümayiş etdirib.
 
Belə ki, "Nar” eşitmə və nitq məhdudiyyəti olan insanların bir-biri və yaxınları ilə daha rahat ünsiyyət qurması üçün onları limitsiz internetli "Nar” nömrələri ilə təmin edib. Təqdim edilən "Nar” nömrələri ilə eşitmə və nitq məhdudiyyətli şəxslər video zəng edə bilər. Video zəng vasitəsilə eşitmə və nitq məhdudiyyətli şəxslər öz fikirlərini işarət dilində izah etməklə yaxınları ilə daha rahat ünsiyyət qura biləcəklər. Bununla da məsafədən asılı olmayaraq, əlaqə problemlərindən uzaq olacaq və cəmiyyətə daha asan inteqrasiya olunacaqlar. Qeyd edək ki, nömrələr "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İB-nin üzvlərinə təqdim edilib.

Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi dekabrın 3-nün "Beynəlxalq Əlillər Günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. Məqsəd cəmiyyəti fiziki məhdudiyyətli insanların problemlərinin həllinə cəlb etmək, onların bütün hüquqlarını qorumaqdır.

3 dekabr – Beynəlxalq Əlillər Günü ərəfəsində "Nar” eşitmə və nitq məhdudiyyəti olan insanların işarət dilində olan sözlərini jestlərlə izah edən "Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib. Məlumat xarakterli vəsait sayəsində eşitmə və nitq məhdudiyyəti olan insanlar və onların yaxınları daha çox söz toplusu əldə edəcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar. Fiziki məhdudiyyətli şəxslərə dəstək "Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operator fiziki məhdudiyyətli insanlara qayğı göstərmək və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif layihələr gerçəkləşdirib. Qeyd edək ki, "Azerfon” ("Nar” ticarət nişanı) şirkətinin əməkdaşları arasında hazırda fiziki məhdudiyyətli şəxslər də var.

"Nar”ın KSM strategiyası haqqında daha ərtaflı məlumatı nar.az saytından əldə etmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək