“Nar” gücləndirilmiş şəbəkəsi ilə bölgələrdəki abunəçilərin görüşünə gəlir

“Nar” gücləndirilmiş şəbəkəsi ilə bölgələrdəki abunəçilərin görüşünə gəlir
İQTİSADİYYAT
13:38 09.10.2015
1666
Mobil operatorun şəbəkəsi ölkənin bütün bölgələrini əhatə edir
“Nar” özünün gücləndirilmiş şəbəkəsi ilə bölgələrdəki abunəçilərin görüşünə gəlir. Bu məqsədlə, respublikanın 16 bölgəsində kompleks tədbirlərin təşkil edilməsi prosesi həyata keçirilir. 17 gün davam edəcək silsilə tədbirlər müxtəlif şəhər və rayonlarda təşkil edilir. Görüşlər müxtəlif maraqlı müsabiqələr və əyləncəli oyunlarla müşayiət olunur.
Qeyd edək ki, mobil operatorun gücləndirilmiş şəbəkəsi respublikanın bütün bölgələrini əhatə edir. Bölgələrdəki abunəçilər mobil operatorun sərfəli tarif və kampaniyalarından artıq tam və səmərəli istifadə edə bilirlər. Burada abunəçilərə 4 nəfərə pulsuz danışıq imkanı verən “Ailəm” paketi haqqında ətraflı məlumat verilir. “Nar” əyləncəli tədbir iştirakçılarını və müsabiqə qaliblərini müxtəlif hədiyyələrlə mükafatlandırır.
Tədbirlərin keçirilmə nöqtələri haqqında ətraflı məlumatı operatorun rəsmi “Facebook” səhifəsindən ala bilərsiniz: https://www.facebook.com/Nar/
OXŞAR XƏBƏRLƏR