“Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü

“Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü
İQTİSADİYYAT
17:32 08.07.2019
5397
Ölkənin ən geniş 4G texnologiyasını dəstəkləyən şəbəkəyə malik "Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötüb. Mobil operatorun 2000-ci LTE baza stansiyası Samux rayonunda quraşdırılıb. Bununla da rayon sakinləri "Nar”-ın 3G texnologiyalı şəbəkəsi ilə yanaşı, geniş 4G texnologiyasını dəstəkləyən şəbəkəsindən də yararlana biləcəklər. Qeyd edək ki, "Nar”-ın 4G texnologiya əsaslı şəbəkəsi hazırda ölkə ərazisinin 40%-ni, ölkə əhalisinin isə 70%-dən çoxunu əhatə edir. Ölkə boyu baza stansiyalarının sayını artıran mobil operator, 2019-cu il ərzində ümumilikdə 380-dən çox yeni LTE texnologiyasına əsaslanan baza stansiyası, 50-dən çox isə 3G texnologiyasına əsaslanan baza stansiyası quraşdırıb. Hazırda 3G texnologiyalı baza stansiyalarının sayı 2600-ü ötüb. Mobil operatorun 4G şəbəkəsi ilə təmin edilən bölgələrinin sayı isə 50-dən çoxdur.

"Artıq həyatımızı internetə təhlükəsiz və sürətli bağlantı olmadan təsəvvür etmək çətindir. Ölkənin ən gənc mobil operatoru olaraq, abunəçilər tərəfindən sərfəli təkliflərimiz, yüksəkkeyfiyyətli və sürətli LTE şəbəkəmizə görə seçilmək bizi sevindirir. Yüksəkkeyfiyyətli LTE şəbəkəmizin sürətlə genişlənməsi sayəsində bu il 4G istifadəçilərimizin sayı 700 minə çatdı. Bundan başqa, "Nar”-ın tarixində əlamətdar bir hadisəni – Samux rayonunda 2000-ci 4G baza stansiyasının quraşdırıldığını elan etmək bizə qürur verir. Uzunmüddətli inkişaf strategiyamızın bir hissəsi kimi LTE şəbəkəsini paytaxtla yanaşı, regionlarda da genişləndirməyə və abunəçilərimizi rəqəmsal dünyanın üstünlükləri ilə təmin etməyə davam edəcəyik”, - deyə "Nar”-ın Baş icraçı direktoru Qunnar Panke bildirib.

"Nar” 4G şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisi ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də artırır. "Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Qeyd edək ki, mobil operatorun 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür.

Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı