“Nar” karyera sərgisində yeni vakansiyalar təqdim etdi

İQTİSADİYYAT
11:23 03.03.2017
1361

 

"Nar” gənclərin işlə təmin edilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir. Belə ki, mobil operator 2 mart 2017-ci il tarixdə ADA Universiteti tərəfindən bu təhsil müəssisəsinin kampusunda təşkil edilmiş 5-ci karyera sərgisində iştirak edib.

Universitetin istedadlı, məqsədyönlü və çalışqan tələbələrinin iştirakı ilə keçirilən sərgidə biznesin təşkili və idarə edilməsi, ictimai siyasət və idarəetmə, beynəlxalq münasibətlər və diplomatiya, informasiya texnologiyaları və kompüter mühəndisliyi, kompüter elmləri və sistem mühəndisliyi və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib.  

ADA Universiteti tələbələrinin işgüzar mühitə inteqrasiyasına dəstək məqsədilə təşkil edilmiş karyera sərgisində iştirak edən "Nar” bununla illər ərzində uğurlu əməkdaşlıq etdiyi ADA Universiteti ilə olan tərəfdaşlıq münasibətlərinə daha bir töhfə verib. 

"Nar” gənc kadrlara 5 iş vakansiyası təqdim edib. Brend və reklam işi üzrə mütəxəssis, kommersiya üzrə analitik, rəqəmsal marketinq üzrə mütəxəssis, media satınalması üzrə mütəxəssis və müştəri xidmətləri üzrə nümayəndə kimi vakant iş yerlərini təqdim edən mobil operator gənclərin işə cəlb edilməsi istiqamətində daha bir addım atıb.   

Tədbirdəki "Nar” stendi gənclərin böyük marağına səbəb olub. Təqdimat zamanı onlara iş vakansiyaları barədə daha ətraflı məlumat verilib, mobil operatorun nümayəndəsi gəncləri maraqlandıran suallara cavab verib, müvafiq prosedur əsasında maarifləndirici söhbət aparılıb. Namizədlər öz tərcümeyi-hallarını "Nar” nümayəndəsinə təqdim ediblər.

"Nar” operatorunda karyera fürsəti ilə maraqlanmış ən uğurlu namizədlər müsahibəyə dəvət olunaraq mobil operatorda qeyd edilən vakansiyalar üzrə işlə təmin edilmək imkanı qazanacaqlar.  

"Nar” vakansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar. 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu