“Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir

“Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir
İQTİSADİYYAT
14:39 23.09.2022
421
Ünsiyyəti hər kəs üçün daha əlçatan etməyi hədəfləyən "Nar”, BMT tərəfindən qəbul olunmuş 23 Sentyabr Beynəlxalq Jest Dili gününə öz dəstəyini ifadə edir. Belə ki, eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasının önəmini dərk edərək mobil operator KSM strategiyası çərçivəsində bu istiqamət üzrə mühüm sosial əhəmiyyətə malik layihələr həyata keçirir.

"Regional İnkişaf” İctimai Birliyinin "Sosial layihələr” müsabiqəsinin qalibi olan "Doğma jest dili” lüğətinin ölkədə ilk dəfə elektron versiyası – jestdili.az saytı "Nar”ın da dəstəyi ilə ərsəyə gətirilib. Bu elektron lüğət artıq bir ildir ki, Azərbaycanda eşitmə məhdudiyyətli insanların vahid jest dili lüğəti kimi istifadə olunur. 3000-ə qədər söz və söz birləşməsinin izahedici mətnləri, 2000-dən çox jestin şəkilləri və videoları yerləşdirilən sayt eşitmə və nitq məhdudiyyətli şəxslər və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyənlər üçün  böyük əhəmiyyət kəsb edir. Elektron lüğət Azərbaycan və rus dillərindədir, hər kəs üçün açıqdır və mobil cihazlar üçün də uyğunlaşdırılıb. Layihə haqqında ətraflı məlumatı hazırladığımız videoçarxdan izləyə bilərsiniz.

Bundan başqa, mobil operator 2016-cı ildən bölgələrdə və paytaxtda eşitmə məhdudiyyətli insanların əmək yararlılığına və cəmiyyətə inteqrasiyasına dəstək üçün "Təlim Məktəbi” layihəsini həyata keçirir. Davamlı layihələrdən olan "Təlim Məktəbi” sayəsində eşitmə və nitq məhdudiyyəti olan insanlar müxtəlif peşələr üzrə praktiki təlimlərdən keçir və onların uyğun iş yerləri ilə təmin olunmasına dəstək göstərilir. Ümumilikdə, təlimlərdən bu günə qədər 100-dən çox insan faydalanıb. 

"Nar”ın eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası üçün sosial layihələri həm də BMT Qlobal sazişinin bir üzvü olaraq dayanıqlı inkişaf məqsədlərinə olan öhdəliyinə sadiqliyinin ifadəsidir.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib