Nar Mobile abunəçiləri ingilis dilini daha rahat öyrənəcək

İQTİSADİYYAT
13:33 30.05.2012
2603
Şirkət "Mobil İngilis dili" layihəsini təqdim edir Azərbaycanın ilk 3G mobil operatoru Nar Mobile abunəçilərini yeni “Mobil İngilis dili” layihəsi ilə sevindirir. Şirkətdən AZXEBER.COM-a verilən məlumata görə, layihə bütün istifadəçilərə öz mobil telefonlarından istifadə edərək ingilis dilini öyrənmək imkanı yaradır. Bu xidmətə qoşulmaqla, istifadəçilər hər gün ingilis dilində yeni söz, cümlə və onların Azərbaycan dilində tərcüməsini, eyni zamanda konteksdə onların istifadə formasını alacaqlar. Səviyyənin sonunda əldə etdiyi nəticələri yoxlamaq istəyən istifadəçilər kiçik sorğu ilə öz biliklərini yoxlaya biləcəklər. “Nar Mobile mobil operatoru hər zaman gənclərə və təhsilə göstərdiyi dəstəyi ilə digərlərindən seçilib. Bu günləri şirkətimiz öz abunəçilərinə ingilis dilinin öyrənilməsində unikal imkan yaradır. Yeni layihəmiz vasitəsilə siz bir başa mobil telefondan istifadə edərək ingilis dilini öyrənəcəksiniz. Layihənin məqsədi gündəlik istifadə edilən ingilis dilinin öyrənilməsində istifadəçilərə kömək etməkdir. Nar Mobile-ın bu layihəsi bir daha öz abunəçilərinin maariflənməsinə və elminə olan dəstəyin göstəricisidir” – deyə Azerfon telekommunikasiya şirkətinin Baş Direktoru Yurgen Pitz bildirib. Layihəyə qoşulmaq üçün ingilis dili səviyyəsindən asılı olaraq asan səviyyə üçün “E1”, orta səviyyə üçün ”M1” və ya çətin səviyyə üçün “H1” yazıb 2022 nömrəsinə göndərmək lazımdır. Xidmətin haqqı ƏDV daxil 90 qəpikdir. Qeyd edək ki, layihə Nar Mobile və British Council ilə birgə həyata keçirilir. Nar Mobile brendi ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir .

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq