«Nar Mobile» beynəlxalq idman tədbirininin sponsoru oldu - FOTOLAR

İQTİSADİYYAT
18:29 12.05.2014
2005

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə Həsr Olunmuş Atçılıq İdmanının Konkur Növü Üzrə Beynəlxalq Turniri başa çatdı

08 - 10 May tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Elite Horse and Polo Club” atçılıq klubunun açıq manejində atçılığın konkur növü üzrə CSI3* kateqoriyalı beynəlxalq turniri başa çatdı.

«Nar Mobile» mobil operatorunun sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançıları iştirak etmişdirlər. Ümumi mükafat fondu 168000 ABŞ dolları olan turnirdə ümumilikdə 25-ə yaxın idmançı və 65-ə yaxın at iştirak etmişdir. Turnirə Türkiyə, Bolqarıstan, Rusiya, İran və Belçikadan dəvət olunan hakimlər kollegiyası nəzarət edirdilər.

Azərbaycan idmançısı Camal Rəhimov yarışın qalibi oldu. Turnir final günü dünyaca məşhur “Boney M” qrupunun konsert proqramı ilə bitdi.

Əlavə məlumatıwww.araf.az saytından əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR