Mobil operator bu ilin ilk təhsil günü ilə bağlı yeni müsabiqəni elan edir.
Nar Mobile mobil operatoru 2013-cü ilin ilk təhsil günü ilə bağlı sosial mediada aktiv olan valideynlər üçün yeni bir müsabiqənin başlanğıcını elan edir. Belə ki, “Məktəbdə ilk gün” adlanan yeni müsabiqə foto yarışması olaraq keçiriləcək və müsabiqədə ancaq “ilk dəfə məktəbə” konsepti ilə bağlı çəkilmiş şəkillərin müəllifləri iştirak edə biləcəklər. 16 Sentyabr tarixində start veriləcək müsabiqənin şərtlərinə görə, iştirak üçün tələb olunan şəkilləri məktəbdə və ya məktəbə gedərkən, evdə, məktəbə hazırlaşarkən, ilk zəng, ilk müəllim, ilk sinif yoldaşı və s. kimi məktəblə bağlı mövzularla əlaqəli olamlıdır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər şəkilləri Nar Mobile-ın rəsmi Facebook, Tweeter və Instagram səhifələri vasitəsilə göndərə bilərlər.
Qalib əvvəlcədən müəyyən olunmuş münsiflər heyətinin qərarı ilə seçilərək və Nar Mobile mobil operatoru tərəfindən iPad 4 və 50 manatlıq məktəb ləvazımatları kuponu ilə mükafatlandırılacaq.
Müsabiqənin şərtləri aşağıdakılardır:
• Müsabiqədə ancaq Nar Mobile-ın rəsmi sosial media səhifələrinə üzv olaraq qoşulmaq olar.
• Ancaq 16-17 Sentyabr tarixlərində göndərilən şəkillər müsabiqədə iştirak etmək hüququ qazanacaq.