‘Nar Mobile’ gənc rəssamlara dəstək verməyə davam edir

‘Nar Mobile’ gənc rəssamlara dəstək verməyə davam edir
İQTİSADİYYAT
17:15 02.07.2014
1619

Mobil operatorun səyi ilə “Azerbaijan Art Festival” bir ənənəyə çevrilir.

AZXEBER.COM xəbər verir ki, 2-30 iyul 2014-cü il tarixləri arasında “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə “Baku Creative Center” yaradıcılıq mərkəzi tərəfindən “Azerbaijan Art Festival – 2014” layihəsi reallaşdırılacaq. Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirliyinin dəstəyi ilə gerçəkləşdiriləcək layihənin açılış mərasimi 1 iyul tarixində Bakı Biznes Mərkəzində keçirilib. Mətbuat konfransında çıxış edən “Baku Creative Center” yaradıcılıq mərkəzi, “Nar Mobile” mobil operatoru və Mədəniyyət və turizm nazirliyinin nümayəndələri bu genişmiqyaslı tədbirin əhəmiyyətindən bəhs ediblər. 

Qeyd edək ki, “Nar Mobile” mobil operatorunun səyi nəticəsində ardıcıl olaraq ikinci il keçirilən festival çərçivəsində gənc azərbaycanlı rəssamlar tərəfindən ölkənin müxtəlif bölgələrinə səfərlər edilir, sərgi və ustad dərsləri təşkil olunur, yüksək performans nümayiş etdirilir. Xoş ənənəni davam etdirən gənc rəssamlar bu il ardıcıl olaraq Astara (2-4 iyul), Lerik (4-6 iyul), Yardımlı (6-8 iyul), Lənkəran (8-10 iyul), Bərdə (10-12 iyul), Goranboy (13-15 iyul), Gəncə (15-17 iyul), Şəmkir (17-19 iyul), Qazax (20-22 iyul) və Ağstafada (22-24 iyul) olacaq, sərgi və dərslər təşkil edəcəklər. Bu il festivalın daha interaktiv bir şəraitdə keçirilməsi gözlənilir. Belə ki, ustad dərslərdə sənətə marağı olan hər kəs yaradıcılıq prosesinin şahidi olmaqla yanaşı, həm də dərs zamanı hazırlanan kiçik sənət nümunəsini özü ilə apara biləcək. “Azerbaijan Art Festival” səfərlərinin mütəmadi olaraq təşkil edilməsi rəssamlıq sənətinin bölgələrdə təşviqi baxımından böyük önəm daşıyacaq.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli  təkliflərini təqdim etmiş və onların rəğbətini qazanmışdır. Mobil operator münasib danışıq tarifləri ilə yanaşı, müxtəlifliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və hər zona üzrə vahid qiymət ödənilməsini nəzərdə tutan sadə rouminq təklifləri ilə abunəçilərin etimadını doğrultmuşdur. Xatırladaq ki, “Nar Mobile” mobil operatoru abunəçilərinə bölgələrdə ünsiyyəti daha sərfəli edən “Sənin 3-ün” tarifini də təklif edir. Bu tarifə qoşulan hər bir istifadəçi bölgələrdə bütün Azərbaycanla dəqiqəsi 3 qəpiyə danışmaq imkanı əldə edir.    

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir"
12:18 04.08.2025
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir"
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
12:18 04.08.2025
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
12:08 04.08.2025
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
12:04 04.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər - FOTOLAR
11:54 04.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər - FOTOLAR
Sidneydə Fələstinə dəstək yürüşü keçirildi
11:41 04.08.2025
Sidneydə Fələstinə dəstək yürüşü keçirildi
Elçin Əfəndiyevlə vida mərasimi keçirilir - VİDEO
11:30 04.08.2025
Elçin Əfəndiyevlə vida mərasimi keçirilir - VİDEO
6 aylıq uşaq infarktdan öldü
11:20 04.08.2025
6 aylıq uşaq infarktdan öldü
Polis silsilə oğurluq edən şəxsi saxladı
11:16 04.08.2025
Polis silsilə oğurluq edən şəxsi saxladı
Yasamalda binanı narkotik yuvasına çevirənlər tutuldu - Foto
11:12 04.08.2025
Yasamalda binanı narkotik yuvasına çevirənlər tutuldu - Foto
Avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
11:09 04.08.2025
Avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
ADNSU-da keçirilən “Açıq qapı günü”ndə 400-dən çox abituriyent iştirak edib - FOTOLAR
10:54 04.08.2025
ADNSU-da keçirilən “Açıq qapı günü”ndə 400-dən çox abituriyent iştirak edib - FOTOLAR
Yeni Zelandiyada avtobusda gedən baqaj çantasında 2 yaşlı qız tapıldı
10:54 04.08.2025
Yeni Zelandiyada avtobusda gedən baqaj çantasında 2 yaşlı qız tapıldı