“Nar Mobile” I Beynəlxalq Novruz Festivalına dəstək verdi

“Nar Mobile” I Beynəlxalq Novruz Festivalına dəstək verdi
İQTİSADİYYAT
11:43 19.03.2014
1479
Mobil operatorun qatqısı ilə İçərişəhərdə Novruz bayramı şənlikləri təşkil ediləcək
Martın 20-dən 23-dək İçərişəhərdə I Beynəlxalq Novruz Festivalının keçirilməsi nəzərdə tutulur. Festival günlərində Qoşa-qala qapısı meydanında “Meydan bazarı” təşkil olunacaqdır. Yerli və xarici qonaqların iştirak edəcəyi bazarda hər bir ölkənin mədəniyyətini əks etdirən videofilmlər, milli-tətbiqi sənət məhsulları və suvenirlərin sərgilənəcəyi gözlənilir. Təntənəli şəkildə qeyd olunacaq və dörd gün davam edəcək bayram festivalı “Nar Mobile” mobil operatorunun yaxın dəstəyi ilə həyata keçiriləcək.
Bayramı şənliklərində biri-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulur. Hər gün səhər saatlarından etibarən, pəhləvan, kəndirbaz və sehrbazlar öz məharətlərini göstərəcəklər, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəl şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini qaldıracaqlar. Rəngarəng konsert proqramına qatılacaq mahir ifaçıların çıxışı zamanı muğam və klassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səsləndiriləcək. Bununla yanaşı, festival çərçivəsində hər gün Qız qalası meydanında pantomima ustaları, Əliağa Vahid meydanında isə “Muğam üçlüyü” çıxış edəcək.
Qeyd edək ki, festivalın keçirilməsinin əhəmiyyətindən bəhs edən “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili bu əlamətdar hadisənin bir ənənəyə çevriləcəyini söyləyib. O, Novruz bayramı şənliklərinin festival xarakteri daşımasının önəmini xüsusi qeyd edərək, “Nar Mobile” mobil operatorunun milli-mənəvi dəyərlərə və adət-ənənələrə hər zaman sadiq qaldığını və bu kimi kütləvi tədbirlərdən böyük nəticələr gözlədiyini vurğulayıb.
I Beynəlxalq Novruz Festivalı “Nar Mobile” mobil operatoru, eləcə də “Pasha bank” və “A+A Events” şirkətlərinin tərəfdaşlığı ilə gerçəkləşəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir