‘Nar Mobile’ ilə `WhatsApp`-ın loqosu bir-birinə oxşayır? – AÇIQLAMA

İQTİSADİYYAT
15:46 28.04.2015
2335

“ Bizim loqotipimiz nar şəklindədir və burada hansısa bəznərlikdən söhbət gedə bilməz”.

`Nar Mobile` brendi kimi tanınan “Azerfon” MMC yeni loqotipini təqdim etməsindən sonra şirkətin yeni loqosunun `WhatsApp` ünsiyyət platformasının loqosuna oxşaması ilə bağlı iddialar ortaya çıxıb.

Sözügedən iddialarla bağlı AZXEBER.COM-a danışan şirkətin Korporativ Ünsiyyət bölümünün rəhbəri Nigar Arpadarai sözügedən iddiaların əsassız olduğunu söyləyib:

“Bundan əvvəlki loqomuzun nara heç bir oxşarlığı olmadığı üçün “Azerfon” MMC yeni loqotipini təqdim etdi. Təkcə loqotipimiz deyil, şirkətin konsepsiyasında mühim dəyişikliklər etmək qərarına gəldik. Yeni loqotipin `WhatsApp` ünsiyyət platformasının loqosuna oxşaması isə tamamilə absurtdur. Bizim loqotipimiz nar şəklindədir və burada hansısa bəznərlikdən söhbət gedə bilməz ”.

Xatırladaq ki, şirkət yeni loqotipini təqdim edəndən sonra belə bir iddia ortaya çıxmışdı.

OXŞAR XƏBƏRLƏR