‘Nar Mobile’ ilin son Mətbuat klubunu keçirdi - FOTOLAR

İQTİSADİYYAT
14:56 11.12.2013
1644

Mobil operator 2013-cü ildə əldə etdiyi nailiyyətlər barədə məlumatı media nümayəndələri ilə bölüşdü

Tamamilə yeni formatda təşkil etdiyi ünsiyyət platformunda jurnalistlərlə növbəti görüşünə gələn “Nar Mobile” mobil operatoru III Mətbuat klubunu keçirib. Qeyri-rəsmi müstəvidə keçirilən və artıq xoş bir ənənəyə çevrilən görüş “Azerfon” şirkətinin 2013-cü ildə əldə etdiyi nailiyyətlərə həsr olunmuş və ölkənin ən tanınmış jurnalistləri ilə bu barədə geniş fikir mübadiləsi aparılmışdır.

Dekabrın 10-da “Fairmont Baku” otelində keçirilən Mətbuat klubunu giriş sözü ilə “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Arpadarai açmışdır. Korporativ sosial məsuliyyət strategiyasının önəmini vurğulayan xanım Arpadarai “Nar Mobile” mobil operatorunun geniş sponsorluq fəaliyyətindən, milli mədəniyyət və kinonun inkişafına, eləcə də təhsil və maarifləndirmə layihələrinə verdiyi böyük dəstəkdən söhbət açmışdır.

Daha sonra İnsan resursları departamentinin direktoru Mətanət Babayeva “Azerfon” şirkətinin kadr siyasətindən bəhs edən təqdimatla çıxış etmişdir. O, insan resursları strategiyası və bu sahədəki prioritetlərdən danışaraq “Azerfon” şirkətinin əla iş yeri kimi tanınması özəlliyinin mahiyyətini açıqlamışdır. “Azerfon” şirkətinin HR-direktorunun bu təqdimatı sayəsində jurnalistlər kifayət qədər dəyərli informasiya əldə etmişlər. Sərbəst ünsiyyət xarakteri daşıyan bu görüş istirahət zəminində keçmiş, “Nar Mobile” mobil operatorunun uğurlu kadr siyasəti barədə bir çox maraqlı faktlar öyrənən media nümayəndələri üçün olduqca səmərəli olmuşdur.

OXŞAR XƏBƏRLƏR