Nar Mobile-ın rəsmi sponsor olduğu “Eurovision Azərbaycan” fan klubu və Mərdəkanda yerləşən 2 saylı İnternat Məktəbinin Nəfəs Alətləri Orkestrı may ayın 9-da Bakının mərkəzi - Nizami küçəsində birgə kiçik konsert təşkil ediblər.
Nar Mobile-dən AZXEBER.COM-a verilən məlumata görə, konsert zamanı uşaq nəfəs alətləri orkestrı Rauf Hacıyevin "Azərbaycanım", Tofiq Quliyevin "Dostluq" əsərlərini, həmçinin bir sıra, dünyaca məşhur musiqi əsərlərini ifa ediblər. İfalarını Eurovision mahnı müsabiqəsinin himni ilə başlayan uşaqlar, daha sonra Macar Polkası, Çəhrayı Pantera, Besamo Mucho, Qələbə günü, Katyuşa və digər əsərləri ifa ediblər.
Qeyd edək ki, bundan əvvəl də Nar Mobile, rəsmisponsor olduğu “Eurovision Azərbaycan” fan klubunun təşkilatçılığı Bakı və bölgədə konsertlərə dəstək olub.
Nar Mobile brendi ilə tanınan Azerfon şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir .