Yeni Mərkəz ən son standartlara uyğun xidmət göstərəcək.
“Nar Mobile” mobil operatoru abunəçilərinin rahatlığını təmin etmək məqsədilə mərkəz və diler şəbəkəsini genişləndirməyə davam edir. Abunəçilər bu yaxınlarda Bakı şəhərində bir neçə mərkəzin açılışının şahidi oldular. Lakin, mobil operator öz diqqətini tək paytaxta deyil, o cümlədən, bölgə və regionlarına da yönəldir.
Belə ki, dekabrayının 4-də Naxçıvan MR-nin Naxçıvan şəhərində yeni Müştəri Xidməti Mərkəzinin təntənəli açılışı oldu. Açılış mərasimi zamanı abunəçilərlə görüşən Nar Mobile-ın Satış üzrə baş müdiri Leyla Nəsrullayeva satış nöqtələrində xidmətin yaxşılaşdırılması sahəsində şirkətin apardığı fəaliyyətdən söz açmışdır.
“Bildiyiniz kimi, bu günədək Naxçıvan şəhərində artıq 3, Ordubad və Culfada müvaffiq olaraq 1 Eksklusiv Diler Mərkəzləri və ümumilikdə bundan əlavə Naxçıvan Muxtar Respublikasında 13 Diler Mərkəzi fəaliyyət göstərir. Həmişə olduğu kimi, müştərilərimizin məmnuniyyəti, xidmətlərin səviyyəsi, eləcə də mərkəzlərin rahat və əlverişli yerlərdə açılması kimi məqamlar bizim diqqət mərkəzimizdədir, məhz buna görə də biz bu mərkəzimizin açılmasını önəmli hesab etdik”, - deyə xanım Nəsrullayeva bildirmişdir.
Yeni Müştəri Xıdməti Mərkəzi Təbriz küçəsi 1 ünvanında yerləşir və bu gündən MR-nın sakinlərinin istifadısinə verilib.
“Nar Mobile” mobil operatorunun satış və diler mərkəzləri haqqında əlavə məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:
https://www.narmobile.az/az/aboutus/narcenters/


