'Nar Mobile' nitq və eşitmə qüsurlular üçün layihəyə start verdi

İQTİSADİYYAT
17:30 10.07.2014
1547

“Nar Mobile” eşitmə qüsurlu insanları əhatə edən sosial fəaliyyətini davam etdirir. 

AZXEBER.COM xəbər verir ki, mobil operator “Nitq və eşitmə qüsurlular üçün məktəb” layihəsinə start verib. “Nar Mobile” mobil operatoru yeni “Nitq və eşitmə qüsurlular üçün məktəb” layihəsini reallaşdırmağa başlayıb. Belə ki, 2014-cü ilin iyul, avqust və sentyabr aylarında eşitmə qüsurlu insanların bacarıqlarının artırılması üçün mobil operator tərəfindən xüsusi kurslar təşkil olunacaq. Layihə çərçivəsində təşkil olunacaq kurslara yaşları 15 ilə 28 arasında olan nitq və eşitmə qüsurlu 25 gənc qatılacaq. Məşğələlər florist-dizayner, bərbər, kompüter texnologiyaları və dekorativ əl işlərindən ibarət olmaqla dörd istiqamət üzrə aparılacaq. Mobil operator kurslarda fərqlənən gənclərin işlə təmin edilmələri üçün də lazım olan dəstəyi əsirgəməyəcək.

Fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya edilməsi missiyasına böyük töhfə verən “Nar Mobile” mobil operatoru artıq bir neçə ildir ki, bu təşəbbüslə çıxış edir. Mobil operator özünün “Eşitməmək – düşünməmək deyil” layihəsi çərçivəsində nitq və eşitmə qabiliyyəti məhdud olan insanları işlə təmin etmiş nadir şirkətlərdən biridir. Belə ki, şirkətdə hazırda 15 nəfər eşitmə qabiliyyəti məhdud olan əməkdaş çalışır. Bununla yanaşı, mobil operator eşitmə qüsurlu insanların kompüter biliklərinə yiyələnmələri üçün xüsusi olaraq kompüterdən istifadə video-kursları hazırlamışdır. “Microsoft Word”, “Microsoft Excel”, “Microsoft PowerPoint” və digər əsas kompüter proqramlarını tədris edən video-kurslar eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslər üçün ilkin hazırlıq xarakteri daşımaqla bərabər, onların ofis mühitinə tamamilə rahatlıqla adaptasiya olmaları üçün geniş imkanlar yaratmışdır.

Fiziki imkanları məhdud olan insanlara karyera fürsəti verən “Nar Mobile” öz təcrübəsindən çıxış edərək digər şirkətləri də nitq və eşitmə qüsurlu insanları işlə təmin etməyə çağırır.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir"
12:18 04.08.2025
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir"
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
12:18 04.08.2025
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
12:08 04.08.2025
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
12:04 04.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər - FOTOLAR
11:54 04.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər - FOTOLAR
Sidneydə Fələstinə dəstək yürüşü keçirildi
11:41 04.08.2025
Sidneydə Fələstinə dəstək yürüşü keçirildi
Elçin Əfəndiyevlə vida mərasimi keçirilir - VİDEO
11:30 04.08.2025
Elçin Əfəndiyevlə vida mərasimi keçirilir - VİDEO
6 aylıq uşaq infarktdan öldü
11:20 04.08.2025
6 aylıq uşaq infarktdan öldü
Polis silsilə oğurluq edən şəxsi saxladı
11:16 04.08.2025
Polis silsilə oğurluq edən şəxsi saxladı
Yasamalda binanı narkotik yuvasına çevirənlər tutuldu - Foto
11:12 04.08.2025
Yasamalda binanı narkotik yuvasına çevirənlər tutuldu - Foto
Avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
11:09 04.08.2025
Avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
ADNSU-da keçirilən “Açıq qapı günü”ndə 400-dən çox abituriyent iştirak edib - FOTOLAR
10:54 04.08.2025
ADNSU-da keçirilən “Açıq qapı günü”ndə 400-dən çox abituriyent iştirak edib - FOTOLAR
Yeni Zelandiyada avtobusda gedən baqaj çantasında 2 yaşlı qız tapıldı
10:54 04.08.2025
Yeni Zelandiyada avtobusda gedən baqaj çantasında 2 yaşlı qız tapıldı