Nar Mobile nümayəndələri növbəti ‘GSMA Mobile World Congress’-də iştirak edir

Nar Mobile nümayəndələri növbəti ‘GSMA Mobile World Congress’-də iştirak edir
İQTİSADİYYAT
17:26 27.02.2013
1612

Nar Mobile işçi qrupu Barselona şəhərində keçirilən Ümumdünya Mobil Konqresi- mobil texnologiyalar sərgi-konfransında iştirak edir.

AZXEBER.COM-un məlumatına görə, Nar Mobile nümayəndələri hər il olduğu kimi, bu il də GSMA Mobile World Congress-in (Ümumdünya Mobil Konqresi) növbəti konfransında iştirak edir. Fevral ayının 25-dən 28-dək davam edən tədbirdə, telekommunikasiya sahəsinin aparıcı şirkətləri konfrans iştirakçılarına ən son nailiyyətlərini nümayiş etdirəcək, bir sıra biznes-seminarlarda, forum və sessiyalarda öz təqdimatları ilə çıxış edəcəklər. Qeyd etmək lazımdır ki, bu nüfuzlu konfransa hər il dünyanın ən aparıcı telekommunikasiya şirkətləri və mobil operatorlar qatılır.

Nar Mobile nümayəndələri həmçinin, konqresin önəmli tədbirlərindən biri olan beynəlxalq GTI Sammitində iştirak edəcək və mobil rabitədə müasir texnolgiyaların əhəmiyyəti kimi müxtəlif mövzularda müzakirələrdə iştirak edəcəklər. Dörd gün davam edəcək tədbir çərçivəsində Nar Mobile nümayəndələri həmçinin, LTE və Mobil Təhlükəsizliyi kimi forumlarda iştirak edərək, müxtəlif panel mövzularında aktiv olaraq öz təcrübələri ilə bölüşəcəklər.

Artıq 3-cü ildir ki, Nar Mobile nümayəndələri mütəmadi olaraq Ümumdünya Mobil Konqresinə qatılır. Bu tədbir ilk növbədə Azərbaycan mobil rabitə bazarında ən son nailiyyətləri təqdim etməyə, yerli təcrübə ilə bölüşmək və xarici təcrübəyə yiyələnmək üçün xüsusi önəm daşıyır.

GSMA Mobile World Congress hər il keçirilən, dünyada mobil texnologiyalara həsr olunmuş ən böyük və mühüm konfransdır. Konfransda mobil internet, mobil texnologiya məhsulları və tətbiqləri mövzusunda yeniliklər nümayiş olunur.Konfransda rekord sayda – 3500 nəfərə yaxın şirkət rəhbərləri iştirak edəcək. Ümumilikdə tədbiri 205 ölkədən 67 min iştirakçı ziyarət edəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısını almaq üçün milli proqram yaratmaq idi
09:22 18.04.2025
DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısını almaq üçün milli proqram yaratmaq idi
Yardımlıda saxlanılan şəxsdən tapança aşkarlanıb - FOTO
09:17 18.04.2025
Yardımlıda saxlanılan şəxsdən tapança aşkarlanıb - FOTO
ABŞ Prezidenti: Avropanın ciddi problemləri var və onların çoxu miqrasiya siyasətindən qaynaqlanır
23:57 17.04.2025
ABŞ Prezidenti: Avropanın ciddi problemləri var və onların çoxu miqrasiya siyasətindən qaynaqlanır
Leyla Əliyeva Uşaq Onkologiya Klinikasında olub - FOTOLAR
23:40 17.04.2025
Leyla Əliyeva Uşaq Onkologiya Klinikasında olub - FOTOLAR
Çavuşoğlunun atası vəfat etdi
23:34 17.04.2025
Çavuşoğlunun atası vəfat etdi
Sumqayıtda kimsəsiz kişi xəstəxanadan QOVULUB? - AÇIQLAMA
23:28 17.04.2025
Sumqayıtda kimsəsiz kişi xəstəxanadan QOVULUB? - AÇIQLAMA
Körpü uçub, qəsəbə ilə əlaqə kəsilib - Video
23:19 17.04.2025
Körpü uçub, qəsəbə ilə əlaqə kəsilib - Video
Tramp: Rusiya atəşkəs təklifinə bu həftə cavab verəcək
23:03 17.04.2025
Tramp: Rusiya atəşkəs təklifinə bu həftə cavab verəcək
Birinci sinfə qəbulla bağlı tətbiq olunan yenilik valideynlərin narazılığına səbəb oldu
22:52 17.04.2025
Birinci sinfə qəbulla bağlı tətbiq olunan yenilik valideynlərin narazılığına səbəb oldu
ABŞ-də universitetdə atışma - Yaralılar var
22:46 17.04.2025
ABŞ-də universitetdə atışma - Yaralılar var
Zelenski: Çin Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün silah göndərir
22:40 17.04.2025
Zelenski: Çin Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün silah göndərir
ABŞ və İran arasında danışıqların ikinci raundunun tarixi AÇIQLANDI
22:26 17.04.2025
ABŞ və İran arasında danışıqların ikinci raundunun tarixi AÇIQLANDI
Astarada 48 yaşlı kişinin meyiti tapıldı
22:13 17.04.2025
Astarada 48 yaşlı kişinin meyiti tapıldı
Lukaşenko Belarusun Ermənistandakı səfirini vəzifəsindən azad edib
22:06 17.04.2025
Lukaşenko Belarusun Ermənistandakı səfirini vəzifəsindən azad edib
Əhalinin NƏZƏRİNƏ: Bakının iki rayonunda qəzalı binalar SÖKÜLƏCƏK - SİYAHI
21:56 17.04.2025
Əhalinin NƏZƏRİNƏ: Bakının iki rayonunda qəzalı binalar SÖKÜLƏCƏK - SİYAHI
Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları zaman-zaman Ermənistanın rəhbərliyində təmsil olunublar
21:47 17.04.2025
Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları zaman-zaman Ermənistanın rəhbərliyində təmsil olunublar