Nar Mobile pulsuz dəqiqələr kampaniyasını davam etdirir

İQTİSADİYYAT
14:13 01.08.2013
2171

İstənilən Nar nömrəsini alın, aktivləşdirin və növbəti 12 ay ərzində hər ay ölkədaxili zənglər üçün 30 dəqiqə danışıq vaxtını hədiyyə qazanın!

Nar Mobile mobil operatoru pulsuz dəqiqələr kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində nömrəni aktivləşdirdikdən dərhal sonra yeni abunəçilər bir sıra üstünlüklərdən faydalana biləcəklər. Belə ki, hədiyyə olaraq abunəçiyə bir il ərzində hər ay 30 dəqiqə ölkədaxili danışıq vaxtı verilir. Təqdim olunan bonus dəqiqələr həm səsli, eləcə də video zənglərə şamil olunur. Abunəçi hədiyyə dəqiqələri 30 gün müddətində istifadə edə bilər, istifadə olunmayan bonus dəqiqələr növbəti aya keçirilmir.

Bonus dəqiqələr ay ərzində yalnız bir dəfə təqdim olunur və ilk ay üçün bonus nömrə aktivləşdirildiyi andan etibarən abunəçinin balansına avtomatik olaraq yüklənilir. Növbəti 11 ay ərzində isə bonuslar abunəçi balansını ən azı 2 AZN dəyərində artırdıqda təqdim olunur.

Kampaniya haqda daha ətraflı məlumat Nar Mobile-ın aşağıdakı internet səhifəsindən alına bilər:

https://www.narmobile.az/az/private/campaigns/xosgelmissiniz/

OXŞAR XƏBƏRLƏR